Logo

Alimlər: Koronavirusa yoluxmuş uşaqlarda insult inkişaf edə bilər

15.04.2021 09:52 99 baxış
IMG

Beynəlxalq tibb ekspertlərinin icmalı göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda insulta qədər beyin zədələnməsi yarana bilər. Bundan başqa, xəstəlikdən əsəb hüceyrələri və onurğa da ziyan çəkə bilər.

 

“Report” xəbər verir ki, alimlərin tədqiqatının nəticələrini “The Lancet” nəşri dərc edib. Tədqiqatda 38 uşaq iştirak edib, alimlər MRT-nin (Maqnit Rezonans Tomoqrafiya) köməyi ilə virusun mərkəzi sinir sisteminə mənfi təsirini müəyyən edə biliblər.

 

Xəstələrin bir çoxunda onurğa, sinir köklərinin anormal gərginliyi qeydə alınıb. Bu, yalnız MRT-də görünüb. Bəzi uşaqlarda nadir hallarda ifliclə nəticələnən onurğa beyni iltihabı əmələ gəlib.

 

Tədqiq olunmuş 38 uşaqdan 4-ü bir müddət sonra koronavirusdan ölüb. Daha 4 uşaqda tromb - işemiya xəstəliyi, 1 uşaqda isə beyinə çoxsaylı qanaxma ilə nəticələnən insult inkişaf edib.

 

Qeyd edilir ki, koronavirusdan sonra gənc xəstələrdə qıcolmalar, şüurun depressiyası, serebrovaskülit (beyin damarlarının iltihabı), ensefalit inkişaf edə bilər.

Xəbər lenti