Logo

"İqlim dəyişmələri ilə bağlı təhsil sahəsində də maarifləndirmə işləri aparılır"

27.05.2024 12:34 160 baxış
IMG

"İqlim dəyişmələri ilə bağlı təhsil sahəsində də maarifləndirmə işləri aparılır".

Tehsil.biz xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hətta bağça yaşlarından uşaqlara iqlim dəyişmələri və onun dünyamıza təsirinin öyrədilməsi sevindirici haldır:

"Daha çevik bir yanaşma ilə bu işləri davam etdirməliyik. Çünki artıq bu uşaqlar böyüyüb ali təhsilə başladıqda, ya da bazarın bir üzvü olduqda mütəxəssis kimi də bu problemlərə həssas olsunlar".

Mərcanə Əsədova

Xəbər lenti