Logo

"Bizim tariximizdə heç vaxt bu qədər tələbə nüfuzlu universitetdə oxumayıb"

27.05.2024 11:32 254 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na artıq 330 namizəd müraciət edib".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

E.Əmrullayev qeyd edib ki, müraciət edən namizədlərin 96 nəfəri dünyanın top 10 universitetinə qəbul olub.

"Bizim tariximizdə heç vaxt bu qədər tələbə eyni anda bu qədər nüfuzlu universitetdə oxumayıb", - deyə elm və təhsil naziri əlavə edib.

Mərcanə Əsədova

Xəbər lenti