Logo

BMU-da tələbələr üçün karyerayönümlü tədbir keçirilib - FOTO

27.05.2024 10:10 150 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) məzunları ilə tələbələr arasında təşkil olunan görüşlər çərçivəsində növbəti karyerayönümlü tədbir keçirilib.

Bu barədə "Tehsil.biz" BMU-dan bildirilib.

Universitetin sənaye mühəndisliyi və ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi tədbirdə BMU məzunları (sənaye mühəndisliyi) - İbrahim Məcidov və Seymur İlyasov təqdimatlarla çıxış ediblər.

Hazırda “Energazer” şirkətinin direktor müavini vəzifəsində çalışan İ.Məcidovun “Müəssisələrdə sənaye mühəndislərinin rolu”, Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində Strateji idarəetmə üzrə taktiki rəhbər, biznes və idarəetmə üzrə konsultant olan Seymur İlyasovun isə “Karyera və fürsətlər” mövzusunda çıxışları tələbələr tərəfindən maraqla qarşılanıb.

İnteraktiv görüşdə aktiv olan tələbələrə S.İlyasovun “Bu fürsəti qaçırma” kitabı hədiyyə olunub.

Xəbər lenti