Logo

Mayın 29-da TOEFL iBT imtahanı keçiriləcək

27.05.2024 09:57 211 baxış
IMG

ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 29 may 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin Süleyman Sani Axundov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən elektron imtahanlar korpusunda təşkil olunacaq.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Xəbər lenti