Logo

“Knowledge engineering” və “Fizzy logic and İTS applications” kitablarının təqdimatı olub

26.05.2024 22:50 309 baxış
IMG

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) Azİİ E-Kitab Evində universitetin Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşovanın “Knowledge engineering” və “Fizzy logic and İTS applications” (“Bilik mühəndisliyi” və “Qeyri-səlis məntiq və onun proqramları”) kitablarının təqdimatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU&dan bildirilib.

Təqdimatda Elmi İşlər üzrə prorektorun müavini, professor Qəhrəman Həsənov, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev, Qaz-neft-mədən fakültəsinin (QNMF) dekanı, professor Elman İskəndərov, Kimya texnologiya fakültəsinin (KTF) dekanı, professor Sevinc Məmmədxanova, Geoloji kıəşfiyyat fakültəsinin (GKF) dekanı, dosent Naməd Paşayev, Neft-mexanika fakültəsinin (NMF) dekanı, dosent Əlihikmət Əhmədov, Kompüter mühəndisliyi kafedrasının müdiri, dosent Nazilə Rəhimova, Cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova və digər əməkdaşlar, doktorantlar kitab haqqında fikirlərini bölüşüblər. Çıxışlar zamanı kitabların nəinki universitetdə, eyni zamanda ölkədə bu sahədə mühüm elmi mənbə olacağını qeyd ediblər. 

ADNSU-nun Elmi işlər üzrə prorektoru, kitabların müəllifi professor L.Qardaşova kitablara verilən yüksək qiymətə görə təşəkkürünü bildirib və mövzuların aktuallığını qeyd edib. 

Qeyd edək ki, yüksək keyfiyyətə və nəfis tərtibata malik “Qeyri-səlist məntiq və İTS proqramları” 423 səhifədən ibarət monoqrafiyadır və universitetin nəşridir. Bu monoqrafiyada FL qeyri-səlist məntiqin mühəndislik, iqtisadiyyat, tibb və neft sənayesi və bir çox sektorlarda səmərəli şəkildə tətbiq edilməsindən bəhs olunur. Monoqrafiya tələbələr, tədqiqatçılar, praktikantlar və bu sahəyə marağı olan hər kəs üçün yararlıdır.

”Bilik mühəndisliyi”dərsliyi isə  tələbələrin kursun məzmununu başa düşmələrini təmin edən müxtəlif əsas süni intellekt nəzəriyyələri ilə bağlı bütün müasir problemləri əhatə edir. Kitab 260 səhifədən ibarətdir və ADNSU-nun nəşridir. Ali məktəb müəllimləri, eləcə də bakalavrlar, magistrant və doktorantlar üçün faydalı bir kitabdır və bilik mühəndisliyi təcrübəsindən bəhs edir.

Xəbər lenti