Logo

Tələbələr "Ümid yeri uşaq sığınacağı"nda yaşayan uşaqları ziyarət ediblər - FOTO

26.05.2024 21:53 182 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin Koreya dili üzrə təhsil alan tələbələri müəllimlər- Ülviyyə Mirzəyeva və Aydan Hacıyevanın təşəbbüs və təşkilatçılığı ilə "Ümid yeri uşaq sığınacağı"nda yaşayan uşaqları ziyarət ediblər.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tələbələr sığınacaqda "Uşaqlarla birgə Koreya günü" adlı tədbir keçiriblər.

Tədbir zamanı tələbələr Koreya haqqında ümumi məlumat veriblər.

Bədii hissədə onlar qısa tamaşa nümayiş etdiriblər. Uşaqlara  oyunlar öyrədib, onlar üçün müasir rəqs və mahnılar ifa ediblər.

Həmçinin, milli musiqi alətimiz tarın müşayiəti ilə Koreya xalq mahnısı olan "Ariranq"ı ifa ediblər.

Xəbər lenti