Logo

Vəkillər Kollegiyasının sədri: "Bu il imtahan suallarının seçimində müəyyən dəyişikliklər etmişik"

26.05.2024 15:16 159 baxış
IMG

"Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün bu il keçirilən imtahanda keçid balı 60 olaraq saxlanılır".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müəyyən hüquq peşələrində keçid balı daha aşağıdır:

“Ancaq bizdə keçid balı daim sabit qalıb. Bu il imtahan suallarının seçimində əvvəlki təcrübələrimizi nəzərə alaraq müəyyən dəyişikliklər etmişik. Zənnimcə, budəfəki imtahan namizədlər üçün daha rahat olacaq. İmtahandan kifayət qədər namizəd uğurla keçə biləcək. Çünki artıq namizədlərin çoxu imtahana ciddi şəkildə hazırlaşıb. Ümumiyyətlə, ilin sonuna kimi növbəti yazılı imtahanı keçirməyi planlaşdırırıq”.

Xəbər lenti