Logo

AzTU-nun Xarici dillər kafedrasının müəllimi Rumıniyada mühazirə deyib

26.05.2024 10:10 156 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının müəllimi Leyla Quliyeva “Erasmus+” mübadilə proqramı çərçivəsində Rumıniyanın Kluj-Napoka Texniki Universitetində akademik heyət üçün nəzərdə tutulmuş bir həftəlik mobillikdə iştirak edib.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Leyla Quliyeva Kluj-Napoka Texniki Universitetinin Müasir dillər və kommunikasiya kafedrasının fəalliyəti ilə yaxından tanış olub, akademik heyətlə görüşərək AzTU-nun Xarici dillər kafedrasının fəaliyyəti barədə ətraflı məlumat verib. İki kafedra arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Leyla Quliyeva həmçinin, kompüter elmləri ixtisası üzrə təhsil alan tələbələrə "Təqdimatlar və müsahibə" mövzusunda mühazirə deyib.

Xəbər lenti