Logo

Şuşada 18 memarlıq abidəsi bərpa edilib - FOTO

25.05.2024 21:29 128 baxış
IMG

Şuşada “Qarabağda və Şərqi Zəngəzurda tarixi abidələrin qorunub saxlanması problemləri" mövzusunda Şuşada plenum keçirilib.

Tehsil.biz Azərbaycan Respublikası Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinə istinadən xəbər verir ki, plemumda Şuşadakı xüsusi nümayəndə Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, nümayəndəlik və rəsmi qoruqlar iştirak edib.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və tədbir iştirakçıları ilə görüşüblər. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin memarlıq abidələrinin bərpası istiqamətində bu səpkili plenumlar müstəsna rol oynayır.

Görüş zamanı diqqətə çatdırılıb ki, işğaldan əvvəlki dönəmə qədər Şuşada 200-ə yaxın tarixi memarlıq abidəsi mövcud olub, lakin 30 il ərzində onların demək olar ki, hamısı yararsız hala salınıb, hətta bəziləri tamamilə məhv edilib. Bu gün aparılmaqda olan bərpa prosesində yerli mütəxəssislərin çox böyük rol oynadığı vurğulanıb və ötən dönəm ərzində 18 memarlıq abidəsinin bərpa edildiyi bildirilib. Bununla yanaşı, Şuşanın beynəlxalq müstəvidə tanıdılması və təcrübə mübadiləsinin aparılması istiqamətində ötən il Türk dünyası memarlarının “Şuşa simpoziumu”nun keçirildiyi, bu il isə İslam dünyası memarlarının bir araya gətilməsinin nəzərdə tutulduğu bildirilib.

Şuşada 18 memarlıq abidəsi bərpa edilib

Şuşada 18 memarlıq abidəsi bərpa edilib

Xəbər lenti