Logo

Şimal-qərb bölgəsi üzrə intellektual məktəb çempionatının zona mərhələsinin qalibi müəyyənləşib

25.05.2024 20:33 182 baxış
IMG

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq” adlı intellektual məktəb çempionatının şimal-qərb bölgəsi üzrə zona mərhələsi Zaqatala rayonunu təmsil edən “Dəmir yumruq” komandasının qələbəsi ilə başa çatıb.

Bu barədə "Tehsil.biz"ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Şəki şəhər 12 nömrəli tam orta məktəbdə keçirilən yarışda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının məktəblərini təmsil edən komandalar iştirak ediblər.

Çempionatın keçirilməsində məqsəd yeniyetmə və gənclərin intellektual, yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, onların müxtəlif sahələrdə dərin biliklərə sahib olmalarını dəstəkləməkdir.

Zona birinciliyində qalib gələn komanda kubok və medallarla mükafatlandırılıb.

Xəbər lenti