Logo

“Prоfеssоr Vəli Xuluflu-130” adlı kitab sərgisi açılıb

25.05.2024 16:26 141 baxış
IMG

Azərbaycanın tanınmış alimlərindən, folklorşünaslarından sayılan professor Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il mayın 26-da Şəmkir rayonunun Xuluflu qəsəbəsində doğulub. Bununla əlaqədar Milli Kitabxanada “Prоfеssоr Vəli Xuluflu-130” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, bir həftə davam edəcək sərgidə alimin müəllifi olduğu, həmçinin redaktə etdiyi, həyatı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərində kitablar nümayiş olunur.

Qeyd edək ki, Vəli Xuluflu 1937-ci il oktyabrın 13-də vəfat edib.

Xəbər lenti