Logo

Naxçıvanda məktəblərdə vakant olan vəzifələr üzrə müsabiqə keçirilib

25.05.2024 16:03 162 baxış
IMG

Mayın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində vakant olan psixoloq və uşaq birliyi təşkilatının rəhbəri vəzifələri üzrə müsabiqənin test mərhələsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqədə hər bir namizədə vəzifə üzrə 25, məntiqi təfəkkürün yoxlanılmasına dair 5, dünya görüşünün yoxlanılması üzrə 5, informasiya və kommunikasiya texnologiyalarına dair 5 olmaqla, ümumilikdə, 40 sual təqdim edilib. Sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub. Test tapşırıqlarının müəyyən olunmuş bal həddini keçən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsi üzrə 39, uşaq birliyi təşkilatının rəhbəri vəzifəsi üzrə isə 2 olmaqla, ümumilikdə, 41 vəzifə çıxarılıb. Həmin vəzifələrə 46 namizəd sənəd verib və sənəd verənlərdən 43-ü bugünkü müsabiqədə iştirak edib.

Xəbər lenti