Logo

“Boy çiçəyi“ tamaşası təqdim edilib

25.05.2024 13:03 138 baxış
IMG

Şuşa Dövlət Milli Dram Teatırı Qubada İlyas Əfəndiyevin “Boy çiçəyi“ lirik-psixoloji dramı ilə çıxış edib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında təqdim olunan tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azad Məmmədovdur.

ADPU-nun Quba filialının direktoru Yusif Alıyev bildirib ki, Şuşa Dövlət Milli Dram Teatırının filialda təqdimatı Xalq yazıçısı, nasir, dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar təşkil edilib.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərində əməkdar artistlər Nazir Rüstəmov və Azad Məmmədov, həmçinin Zəhra Salayeva və Püstəxanım Zeynalova rol alıblar.

Səhnə əsərində ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə məhəbbətindən bəhs edilir.

Xəbər lenti