Logo

“Hobbit”in ilk nəşri 40 min dollardan baha qiymətə satın alınıb

25.05.2024 12:20 167 baxış
IMG

Con R.R. Tolkienin “Hobbit” əsərinin ilk nəşrinin nadir nüsxəsi hərracda təxmin edildiyindən üç dəfə çox bahalaşıb və 31.000 funt-sterlinqə (40.000 dollardan çox) satın alınıb.

Tehsil.biz BBC-yə istinadən xəbər verir ki, bu nüsxə 1937-ci il sentyabrın 21-də çap olunmuş ilk nəşrin cəmi 1500 nüsxəsindən biridir.

Fantastika romanının nüsxəsi Berkşirdəki bir evdəki komodda tapılıb. Sahibi nəşrin dəyərindən və nadir olmasından xəbərsiz idi, çünki onu qohumundan miras almışdı. O, nəşrin minlərlə dollar dəyərində ola biləcəyini öyrəndikdə şoka düşüb. Qara-ağ illüstrasiyaları və üz qabığının dizaynını yazıçı özü yaradıb.

2015-ci ildə “Hobbit”in Tolkienin elfcə yazısı olan ilk nəşri Londonda hərracda 137.000 funta (təxminən 175.000 dollar) satılıb.

Kitabın süjeti Hobbit Bilbo Bagginsin, sehrbaz Qandalfın və Thorin Oakenşieldin başçılıq etdiyi on üç cırtdanın səyahətinə əsaslanır. Onların yolu cırtdan xəzinələrinin yerləşdiyi, əjdaha Smauq tərəfindən qorunan Tənha dağa doğru uzanır.

Xəbər lenti