Logo

“Mövludnamələr” mövzusunda mühazirə oxunub - FOTO

25.05.2024 09:45 156 baxış
IMG

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova “Mövludnamələr” mövzusunda mühazirə oxuyub.

Tehsil.biz xəbər verir ki, alim mühazirəsində müxtəlif azərbaycanlı müəlliflər tərəfindən qələmə alınmış mövludnamə və meracnamələrdən bəhs edib, onlardan nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Xatırladaq ki, İnstitutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti