Logo

Serb dilində nümunəvi dərs keçirilib

24.05.2024 23:00 335 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakülətsi nəzdində Xarici dillər kafedrasının serb dili müəllimi Branka Joksic Malobabic tərəfindən, Mərkəzi və Şərqi Avropa ixtisası üzrə təhsil alan 184r qrupunun tələbələri üçün nümunəvi dərs keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Diskussiya formatında aparılan dərsdə qlobal iqlim dəyişiklikləri və ətraf mühitin qorunması yollarına dair müzakirələr aparılıb. Eyni zamanda, mövzu ilə bağlı slaydlar nümayiş olunub.

Dərsdə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakülətsi nəzdində Xarici dillər kafedrasının müdiri prof. N.R.Seyidova, kafedranın əməkdaşları, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakülətsinin əməkdaşları iştirak ediblər.

Xəbər lenti