Logo

İsrailin Bar-İlan Universitetinin nümayəndələri ADNSU-da olublar

24.05.2024 19:21 139 baxış
IMG

Mayın 24-də İsrailin Bar-İlan Universitetinin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.

Görüşdə İsrailin Bar-İlan Universitetinin Mühəndislik fakültəsinin dekanı Professor Zeev Zalevsky, Mühəndislik fakültəsinin inzibati işlər üzrə meneceri Dr. Talyosef Joseph, həmin fakültənin tədqiqatçısı Dr. Pilkhaz Nanikashvili ilə ADNSU-nun  Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova, İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov iştirak ediblər.

İki universitet arasında prioritet əməkdaşlıq sahələrinin müzakirə olunduğu görüşdə tərəflər arasında ikili diplom proqramları, ADNSU-da magistratura və doktorantura pillələrində təhsil alan tələbələr üçün Bar-İlan Universitetinin təqaüdünün ayrılması, birgə start-up layihələrinin həyata keçirilməsi kimi mühüm məsələlər müzakirə olunub.

Xəbər lenti