Logo

Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub - FOTO

24.05.2024 15:14 126 baxış
IMG

Türkmənistanın Azərbaycandakı səfirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzi ilə birgə bu mərkəzin Təsviri İncəsənət Qalereyasında böyük türkmən mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə ədəbi-bədii gecə və rəsm sərgisi təşkil edib.

Bu barədə "Tehsil.biz"ə səfirlikdən məlumat verilib.

Tədbirdə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Emin Hüseynov, Azərbaycan Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin nümayəndələri, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Bədii sənətkarlıq şöbəsinin müdiri, xalça rəssamı Aydın Rəcəbov, mərkəzin direktoru Kəmalə Abdullayeva, əməkdaşlar və dərnək üzvləri iştirak ediblər.

“Ayna” teatr kollektivinin artistləri musiqili-poetik kompozisiyalar nümayiş etdirib, rəqs qrupunun üzvləri isə rəqs nömrələri ilə çıxış ediblər.

Çıxışların sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.

Xəbər lenti