Logo

MİQ-ə qeydiyyat zamanı 50 manat ödəniş tələb olunacaq? - RƏSMİ AÇIQLAMA

24.05.2024 14:09 1527 baxış
IMG

Gələn ildən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin ödənişli olması ilə bağlı iddialar səsləndirilir.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Belə ki, növbəti ildən MİQ üzrə müsabiqəyə sənəd qəbulu zamanı namizədlərdən 50 manat ödəniş tələb olunacağı bildirilir.

İddialarla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ müzakirə edilməyib və bu barədə heç bir qərar yoxdur.

Mərcanə Əsədova

Xəbər lenti