Logo

Nizami Kino Mərkəzində “Tacik Kinosu Günləri”nin bağlanış mərasimi olub

24.05.2024 10:13 138 baxış
IMG

Nizami Kino Mərkəzində "Tacik Kinosu Günləri"nin bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev iki ölkənin kinematoqrafçıları arasında həmişə sıx münasibətlərin olduğunu qeyd edib.

Tacik mədəniyyətinin həyatında əhəmiyyətli rol oynadığını diqqətə çatdıran Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev deyib: "Mən Moskvada Kinematoqrafiya İnstitutunda oxuyarkən onlarla yaxşı əlaqələr qurmuşdum. "Yarasa" filmimdə əsas rollardan birində tacik dostum və rejissor Tolib Həmidov çəkilib. Bu mənim üçün çox vacib idi. Düşünürəm ki, mədəniyyətlərimiz arasında əlaqələr daha sıx qurulmalıdır".

Tacikistan Kinematoqrafçılar İttifaqının sədri Səfər Hakdodov iki qardaş ölkə arasında əməkdaşlığın gələcəkdə də yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

“Tacikfilm”in baş direktoru Mahmadsaid Şoxiyon söyləyib ki, müstəqillik illərində Tacikistan və Azərbaycan arasında diplomatik münasibətlər dinamik inkişaf edib. “Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı yüksək səviyyəli, möhkəm və etibarlı təmaslar buna böyük töhfə verib", - deyə baş direktor vurğulayıb.

Rejissor Nosir Saidov vurğulayıb ki, "Güzgü" filmi psixoloji dram janrında çəkilib.

Sonda "Güzgü” filmi nümayiş olunub.

Xəbər lenti