Logo

BMU-da COP29-la bağlı simpozium keçirildi - FOTO

23.05.2024 17:42 144 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) Abşeron rayon İcra Hakimiyyəti ilə birgə “COP29: Gənclərin iqlim hərəkatına çağırışı” mövzusunda simpozium təşkil edib.

Tehsil.biz xəbər verir ki, tədbirdən öncə Abşeron rayon məktəblilərinin iqlim dəyişiklikləri, ekoloji problemlərlə bağlı əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin yaşıl iqtisadiyyata keçid strategiyasının, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğunu bildirib. Bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını təsdiqlədiyini xatırladan rektor qəbul olunmuş digər strateji sənədləri nəzərə çatdırıb, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində atılan önəmli addımları vurğulayıb.

İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verən Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” olduğunu deyən rektor həmin prioritetə əsasən aparılan işlərə, qarşıya qoyulan hədəflərə diqqət çəkib, elecə də ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb.

“Yaşıl universitet” layihəsi çərçivəsində ali təhsil müəssisələrində görülə biləcək işləri sadalayan rektor dünyanın əksər universitetlərində “Yaşıl universitet şəhərciyi” (yaşıl kampus) konsepsiyasının geniş yayıldığını söyləyib. BMU-da ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirlən tədbirləri dilə gətirən rektor universitetin Avropa İttifaqının “Horizon 2020” Tədqiqat və İnnovasiya proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsində yer alan 28 tərəfdaşdan biri olduğunu ifadə edib.

Şəhid Elçin Həsənlinin anası, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova Azərbaycanın COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu vurğulayıb. Oğlunun bərpa olunan enerji mənbələri ilə bağlı bir neçə məqaləsinin olduğunu nəzərə çatdıran X. İsmayılova onun keçdiyi şərəfli həyat yolundan da ətraflı bəhs edib.

Xəbər lenti