"Bu ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni qısamüddətli təlimlərin icrasına başlayıb".
Tehsil.biz xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, əsasən informasiya texnologiyaları və maliyyə yönümlü ixtisasları əhatə edən, eyni zamanda əmək bazarının ehtiyaclarına uyğun hazırlanmış praktiki təlimlərə 200-dən çox iştirakçı cəlb edilib.
"Aprelin sonunadək bu sayın 300-ə çatdırılması planlaşdırılır" -deyə, nazir bildirib.