Logo

Bu müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllüdür - RƏSMİ

23.05.2024 15:36 224 baxış
IMG

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırma imtahanında iştirakı könüllüdür".

Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Muxtar Hacıyev deyib.

O bildirib ki, sentyabrın 15-dək 60 yaşı tamam olan təhsilverənlər prosesdə könüllü şəkildə iştirak edə bilərlər.

"Həmin müəllimlər regional təhsil idarəsinə yaxınlaşaraq ərizə yazmaqla prosesdə iştirak edə biləcəklər", - M.Hacıyev qeyd edib.

Mərcanə Əsədova

Xəbər lenti