Logo

Rektor: “Scopus” platformasında UNEC-ə aid 1455 əsər indekslənib"

23.05.2024 11:49 151 baxış
IMG

“Scopus” platformasında UNEC-ə aid 1455 əsər indekslənib".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.

Onun sözlərinə görə, bu elmi əsərlərə istinad sayı 7256, h-indeks 36, elmi əsərə düşən istinad 4.99 və xarici müəllifli elmi əsərlər isə 752 olub:

“Scopus” bazasında indekslənən elmi əsərlərin 97 faizi, istinad sayının 99 faizi, xarici müəllifli elmi əsərlərin 99 faizi 2014-2024-cü illərin payına düşür".

Mərcanə Əsədova

Xəbər lenti