Logo

Ötən il elm üçün nə qədər pul xərclənib?

23.05.2024 11:20 237 baxış
IMG

2023-cü ildə elm xərcləri üzrə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 193,6 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 1,4 milyon manat və ya 0,7 faiz az, 2022-ci illə müqayisədə isə 25,8 milyon manat və 15,3 faiz çoxdur.

Tehsil.biz xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, hesabat ilində elm xərcləri ÜDM-in 0,2 faizini, dövlət büdcəsi xərclərinin isə 0,5 faizini təşkil edib. 2023-cü ildə Azərbaycan Elm Fondu üzrə icra 3091,6 min manat və ya proqnoza nisbətən 35,8 faiz təşkil edib.

Fond tərəfindən təqdim edilmiş illik hesabata əsasən 2023-cü ildə açılmış vəsaitdən 498,1 min manat əməyin ödənişi, 2385,4 min manat qalib (qrant) layihələr üzrə, 208,1 min manat isə idarənin saxlanılması xərclərinə yönəldilib.

Xəbər lenti