Logo

Ötən il imtahanların keçirilməsi üçün bu qədər vəsait xərclənib

23.05.2024 11:05 217 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı üçün xərcləri üzrə ayrılan 19,3 milyon manat vəsait tam icra edilib.

Tehsil.biz xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Hesabat ilində ali təhsil müəssisələri üzrə test imtahanlarında, bakalavriat səviyyəsi üzrə jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün yazılı imtahanda, coğrafiya fənni üzrə əlavə imtahanda, peşə liseyi məzunları üçün Azərbaycan dili imtahanında, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında və s. ümumilikdə 509 876 namizəd iştirak edib.

Xəbər lenti