Logo

Ötən il təhsil xərcləri üçün nə qədər vəsait istifadə olunub?

23.05.2024 11:03 210 baxış
IMG

2023-cü ilin dövlət büdcəsindən təhsil xərclərinə 4129,9 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Tehsil.biz xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 4124,8 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 5,1 milyon manat və ya 0,1 faiz az, 2022-ci illə müqayisədə isə 428,4 milyon manat və ya 11,6 faiz çoxdur.

Hesabat ilində təhsil xərcləri dövlət büdcəsi xərclərinin 11,3 faizini təşkil edib.

Xəbər lenti