Logo

"Azərbaycanda doktorantura proqramları köklü şəkildə dəyişməlidir"

23.05.2024 10:53 167 baxış
IMG

"Azərbaycanda doktorantura proqramları köklü şəkildə dəyişməlidir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında (İSCEMR) deyib.

Nazir qeyd edib ki, bugünkü doktorantura proqramının ən böyük problemi doktorantura tələbəsi bu və ya digər halda təlim almır.

"Yəni bizim doktorantura proqramı magistratura səviyyəsini bitirmiş və bir mövzu ətrafında dissertasiya işi yazan şəxsdir. İrəliyə getmiş sistemə baxsaq, 3 il ərzində tələbə əsaslı şəkildə doktorantura proqramında təhsil alır. Yəni burada alətləri öyrənir, sonra tədqiqatlara başlayır. Bu çox vacib məsələ olduğundan proses 5-6 il çəkir”, - elm və təhsil naziri əlavə edib.

Mərcanə Əsədova

Xəbər lenti