Logo

ADNSU-da əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir keçirilib - FOTO

23.05.2024 10:17 209 baxış
IMG

Azərbaycan Dövlət Neft Sənaye Universitetində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən əcnəbi tələbələrlə iş üzrə dekan müavini Tofiq Muradxanov miqrasiya qanunvericiliyində baş verən son yeniliklər barədə əcnəbi tələbələrin mütəmadi maarifləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.

Layihə rəhbəri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev qeyd etdi ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra, həmçinin təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq əcnəbi tələbələrin ölkəmizin universitetlərinə marağı artmaqdadır.

Azərbaycanda təhsil alan əcnəbilər arasında keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova miqrasiya qaydaları və əcnəbi tələbələrin yol verdikləri hüquqpozmalar barədə danışıb.

Daha sonra, DMX Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev əcnəbi tələbələrlə bağlı elektron resurslardan istifadə qaydalarına dair təqdimatla çıxış edib.

Tədbir zamanı, əcnəbi tələbələrin və əməkdaşların sualları DMX Miqrasiya Proseslərinin tənzimlənməsi baş idarəsinin baş inspektoru Ruslan Ağayev tərəfindən ətraflı cavablandırılıb.

ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Rafiq Camalov və başqa çıxışçılar bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edib və görüşün keçirilməsinə dəstək olan bütün tərəfdaşlara dərin təşəkkürlərini bildiriblər.

Xəbər lenti