Keniyanın sahilyanı Kilifi rayonunda məktəbin damı çöküb.
Tehsil.biz TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 uşaq ölüb, 4-ü isə ağır yaralanıb.
Yerli polis məktəbin məscidin nəzdində fəaliyyət göstərdiyini bildirib.
Məlumata görə, damın çökməsi sahilyanı bölgənin müxtəlif ərazilərinə ziyan vuran tropik İali siklonu səbəbindən baş verib.