Logo

Nazir “GoogleForEdu” şirkətinin dövlət və təhsil strategiyaları üzrə rəhbəri ilə görüşüb

23.05.2024 00:17 172 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev “GoogleForEdu” şirkətinin dövlət və təhsil strategiyaları üzrə rəhbəri Kris Hartla görüşüb.

Tehsil.biz xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Dünya Təhsil Forumu çərçivəsində “GoogleForEdu” şirkətinin dövlət və təhsil strategiyaları üzrə rəhbəri Kris Hartla görüşdük. Görüş zamanı şirkətin təqdim etdiyi təhsil texnologiyaları ilə bağlı əməkdaşlıq imkanlarını müzakirə etdik”, - Emin Əmrullayev bildirib.

Xəbər lenti