Logo

Biləsuvarda 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı araşdırma aparılıb

22.05.2024 19:46 153 baxış
IMG

Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinin yaydığı açıqlamada mayın 21-də dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən birinin öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirdiyi bildirilir:

“Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.

Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb.

Hazırda şagirdin səhhətində ciddi problem yoxdur”.

Xəbər lenti