Logo

BANM-də “Addım at” forumu keçirilib - FOTO

22.05.2024 19:07 198 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) “Addım at” forumuna ev sahibliyi edib.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, tədbir “Aloha World” xaricdə təhsil şirkətinin baş sponsorluğu və “Addım at” platformasının təşkilati dəstəyi ilə keçirilib.

Forumun açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov tədbirə ev sahibliyi etməkdən məmnunluq hissi keçirdiyini bildirib. Rektor gəncləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində daha məsuliyyətli olmağa və ekologiyanı qorumağa çağırıb.

Daha sonra spikerlər - Everestə çıxan ilk azərbaycanlı qadın, “Bizimlə gəl” Turizm Agentliyinin rəhbəri Elmira Aslanova “Sənin Everestin nədir?”, “KFC Azerbaijan”ın əməliyyatlar üzrə meneceri Şaiq Zamanov “(U)KFC çempionu olmaq sənin əlindədir!”, “Addım at”, “Xaricdə çörək”, “Aloha World” layihələrinin rəhbəri Toğrul Ələkbər “Əsrimizin Əliabbası”, eləcə də “Edulance” təhsil və təlim mərkəzinin və “Outside” təbiət turizm şirkətinin rəhbəri Hüseyn Həsənov “Sən nec(ç)ə insansan?” və İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin yaradıcısı və rəhbəri Araz Əhmədov “Neçə yaşın var?” mövzularından çıxış ediblər. Onlar öz karyera, şəxsi inkişaf və təhsil təcrübələrindən danışıblar.

Forum BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, PRO LOG Beynəlxalq Təlim Mərkəzinin rəhbəri Sahilə Həmidova və “chapple.ai” və “pixite.ai” layihələrinin həmtəsisçisi, “reel.az” şirkətinin rəhbəri Cəfər Nəcəfovun panel müzakirələri ilə davam edib.

Xəbər lenti