Logo

ALMA rəsədxanasının nümayəndələri BDU-da - FOTO

22.05.2024 18:56 148 baxış
IMG

Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Ciankarlo Alberti, bu ölkənin məşhur ALMA rəsədxanasının baş astronomu David Rebolledo və mütəxəssisi Nikolas Lira Bakı Dövlət Universitetində (BDU) olublar.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə rektor Elçin Babayev rəhbərlik etdiyi universitet, eləcə də Astrofizika kafedrası haqqında ətraflı məlumat verib. O bildirib ki, BDU-nun Astrofizika kafedrası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə yaradılıb. Kafedra astrofizika sahəsində Azərbaycanda yüksəkixtisaslı kadr hazırlığı istiqamətində fəaliyyət göstərir. Rektor BDU ilə ALMA rəsədxanası arasında tələbə və tədqiqatçıların mübadiləsi, qısa və uzunmüddətli ezamiyyətlər, radioastronomiya sahəsində kadr hazırlığı və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulayıb.

Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Ciankarlo Alberti bildirib ki, ALMA rəsədxanası 20 ölkə ilə əməkdaşlıq edir. O, Azərbaycanı da bu ölkələr arasında görmək istədiyini qeyd edib.

Sonra Çilidən olan astronomlar Fizika fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüşüblər. Görüşdə David Rebolledo və Nikolas Lira ALMA rəsədxanası və orada aparılan elmi tədqiqat işləri haqqında geniş məlumat veriblər.

Çıxışlar tələbələrin böyük marağına səbəb olub. Sonda qonaqlar onların suallarını cavablandırıblar.

Xəbər lenti