Logo

BAAU-nun alimləri Türkiyədə akademik səfərdə olublar - FOTO

22.05.2024 17:28 170 baxış
IMG

Bakı Avrasiya Universitetinin (BAAU) Elmi işlər üzrə prorektoru professor Gülzar İbrahimova, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri dosent Zəminə Rüstəmbəyli Türkiyənin Niğdə Ömər Halisdəmir Universitetində Erasmus+ Mobillik mübadilə proqramı (Erasmus+ Staff mobility for teaching) çərçivəsində rəsmi-işgüzar və akademik səfərdə olublar.

Tehsil.biz xəbər verir ki, universitet rəhbərliyi ilə keçirilən rəsmi görüşdə Bakı Avrasiya Universiteti ilə Niğdə Ömər Halisdəmir Universiteti arasında illərə söykənən dostluq, əməkdaşlıq məsələlərindən danışılıb.

Zəminə Rüstəmbəyli universitetin Fənn və ədəbiyyat fakültəsinin 1-ci kurs tələbələrinə “Türkiyə türkçəsi ilə Azərbaycan türkçəsində müqayisəli mətn çalışmaları” , 3-cü kurs tələbələrinə “Müasir türk ləhçələri” , 4-cü kurs tələbələrinə “Qədim dil” fənləri mövzularında mühazirə deyib.

Səfər çərçivəsində G. İbrahimova, Z. Rüstəmbəyli universitetin təşkil etdiyi müxtəlif tədbirlərdə də iştirak ediblər. Azərbaycanın da üzv dövlət olduğu TÜRKSOY-un təmsilçisi Şahnaz Bürhanəddin ilə də çox faydalı və səmərəli görüş keçirilib. Z. Rüstəmbəyli çağdaş Türkiyə ədəbiyyatının seçilən yazıçılarından Ülkü Demirayın şəxsi dəvəti və Niğdə Süleyman Fəthi orta məktəbinin rəhbərliyinin dəvəti ilə məktəbin ibtidai sinif şagirdləri ilə görüşdə də iştirak edib. Xoş təəssüratlarla yadda qalan akademik-işgüzar mübadilə proqramı səmərəli olunb.

Qeyd edək ki, Avropa İttifaqının Erasmus+ Mobillik Proqramı çərçivəsində Bakı Avrasiya Universiteti Türkiyənin, Avropa dövlətlərinin reytinqli universitetləri ilə professor-müəllim və tələbə mübadiləsi həyata keçirir.

Xəbər lenti