Logo

Tələbələr Bakı Zooloji Parkında - FOTO

22.05.2024 15:56 171 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Təbiətin Davamlı Harmoniyası” klubunun üzvləri 22 May - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Bakı Zooloji Parkında tədbir keçiriblər.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə Zoologiya və fiziologiya kafedrasının müdiri dosent Əbülfəz Tağıyev onurğalı heyvanlar arasında ən çox təsirlərə məruz qalan quşlar haqqında təqdimat edib. O, Azərbaycan ornitofaunasında quşların növ tərkibi, məskunlaşma xarakteri və “Qırmızı kitab”ın 3-cü nəşrinə daxil edilən növlər barədə tələbələrə məlumat verib. Qeyd edilib ki, “Qırmızı kitab”a daxil edilən fauna növlərinin zoopark şəraitində çoxaldılaraq xüsusi rejimlə qorunan təbiət ərazilərinə buraxılması, areallarının genişləndirilməsi müasir dövrümüzün vacib problemlərindəndir.

Tələbələr “Qırmızı kitab”ın 3-cü nəşrinə daxil edilən növlər, onların yaşayış şəraiti, təbiətə reabilitasiyası sahəsində görülən işlərlə yaxından tanış olublar.

Xəbər lenti