Logo

Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar sərgi təşkil edilib

22.05.2024 15:43 182 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 May - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə dəyərli nəşrlər sərgilənir.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən sərgidə 105 adda kitab nümayiş olunur.

Nəşrlərdə canlı aləmin əsasını təşkil edən bioloji müxtəlifliyin mühafizəsi, öyrənilməsi və istifadəsi kimi aktual məsələlərdən bəhs olunur, biomüxtəliflik anlayışına, onun struktur və səviyyələrinə, qanunauyğunluqlarına, inkişaf meyillərinə, tükənmə təhlükələri və mühafizə metodlarının şərhinə geniş yer verilir.

İki həftə müddətində davam edəcək sərgidən biologiya, ekologiya, coğrafiya, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələr, ali və orta məktəb müəllimləri, bu sahələrdə çalışan mütəxəssislər yararlana bilərlər.

Xəbər lenti