Logo

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

22.05.2024 12:19 166 baxış
IMG

Paleontoloqlar Argentinanın Çubut əyalətində 69 milyon il əvvəl yaşamış ətyeyən dinozavrın yeni növünü aşkarlayıblar.

Tehsil.biz xəbər verir ki, bu barədə Milli Elmi və Texniki Tədqiqatlar Şurası məlumat yayıb.

Tədqiqatçılar qeyd edirlər ki, bu kəşf dinozavrların nəsli kəsilmədən əvvəl heyvanlar aləminin əvvəllər düşünüldüyündən daha müxtəlif olduğunu göstərir.

Məlumata görə, bu dinozavrlar qədim cənub superqitəsi Qondvanada yaşayırdılar. Bunlar ön ayaqları kövrək olan ikiayaqlı heyvanlar idi.

Yeni növ dinozavr kəllə sümüyünün kiçik ölçüsü və buynuzlarının olmaması ilə seçilir.

Paleontoloqlar dinozavrın kəllə, onurğa, bud, quyruq sümüklərini tapıblar.

Xəbər lenti