Logo

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

22.05.2024 12:06 217 baxış
IMG

“Meta” korporasiyası Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd edən Juray Çintulanın feysbuk sosial şəbəkəsindən hesabını silib.

Tehsil.biz xəbər verir ki, bu barədə “Aktuality” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hesab mayın 16-na keçən gecə silinib. Korporasiya bu addımı vətəndaşlar və cəmiyyət üçün təhlükə yaradan feysbuk istifadəçiləri ilə bağlı mövcud qaydalara əsaslanaraq atıb.

Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok daha əvvəl bildirmişdi ki, Fitsonun həyatına sui-qəsd işi üzrə istintaq hadisənin təkbaşına törədilmədiyi versiyası üzərində işləyir.

Xəbər lenti