Logo

Diplomları tanınmayan və ən çox imtina alan ali məktəblərin SİYAHISI

22.05.2024 11:42 225 baxış
IMG

Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrinin siyahısı tərtib edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Qeyd olunub ki, siyahı ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə edib.

Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri də açıqlanıb. Belə ki, sözügedən məsələdə mənfi qərarların səbəbləri kimi akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil alınan ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.

Siyahı ilə bu linkdən tanış olmaq olar.

Xəbər lenti