Logo

6-cı sinif şagirdi niyə ölüb? - AÇIQLAMA

21.05.2024 20:36 276 baxış
IMG

Azərbaycanda məktəbli qızın ölüm səbəbi məlum olub.

"Tehsil.biz"in məlumatına görə, hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

"Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.

Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb", - qurumun açıqlamasında qeyd olunub.

Xəbər lenti