Logo

Frankfurt sərgisində Azərbaycanın turizm potensialı təbliğ edilir - FOTO

16.05.2024 09:57 160 baxış
IMG

Almaniyada turizm peşəkarlarının ən böyük görüş yerlərindən olan “IMEX Frankfurt 2024” sərgisi keçirilir. 

Tehsil.biz xəbər verir ki, Azərbaycandan olan bir qrup turizm şirkəti beynəlxalq sərgidə ölkəmizi təmsil edir.

“IMEX Frankfurt” beynəlxalq sərgisində ölkəmizin turizm potensialı və bu il Bakıda keçiriləcək COP29 barədə məlumatlar həmsöhbət tərəfdaşlara çatdırılıb.

“IMEX 2024” sərgisində dünyanın 200 ölkəsindən 2500-dən çox turizm şirkəti və digər təşkilatlar stend və pavilyonla iştirak edir. Mayın 16-dək davam edəcək sərgini 15 mindən çox beynəlxalq peşəkar turizmçinin ziyarət edəcəyi gözlənilir.

Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi xarici sərmayələrin cəlb olunması və ölkəmizin dünya turizm bazarında görüşlər məkanına çevrilməsinə xidmət edir.

Xatırladaq ki, MICE tipli sərgilərin məqsədi görüşlər, təşviqlər, konfranslar və sərgilərin təşkilidir.

Xəbər lenti