Logo

“WhatsApp” dizaynını dəyişdi

11.05.2024 10:13 178 baxış
IMG

“WhatsApp” “Android” və “iOS” əməliyyat sistemlərində mesencerin dizaynını tamamilə dəyişib.

"Tehsil.biz"in məlumatına görə, bu barədə tətbiqin “X” sosial şəbəkə hesabında xəbər verilib.

Yenilənmiş dizayn sistem yaşıl rəng sxemini itirib və mövzusundan asılı olaraq ağ, yaxud qara rəngə çevrilib. Bununla belə bildiriş nişanları və funksiya düymələrində yaşıl rəng qalır.

“Parametrlər” bölməsində yeni animasiyalar peyda olub və nişanlar dəyişdirilib.

“Android”də yeni naviqasiya paneli peyda oldu.

“iOS”da foto, video və sənədlərin göndərilməsi üçün interfeys dəyişib.

Bundan əlavə, proqramın “Android” versiyasında naviqasiya paneli ekranın aşağı hissəsinə köçürülüb. Bu, mesenceri “iPhone” versiyasına bənzədir.

Tərtibatçılar qeyd ediblər ki, onlar qaranlıq rejimə diqqət yetiriblər. Yenilik daha yüksək kontrast səviyyəsini və daha dərin tünd çalarları təmin edir, bu isə zəif işıqlı şəraitdə gözə yükü azaldır.

Həmçinin ekranın yuxarı hissəsində “Meta” neyron şəbəkəsinin süni intellektin inteqrasiya olunduğu axtarış paneli peyda olub.

Dizaynın yenilənmiş versiyası artıq “Android” və “iOS” sistemlərində “WhatsApp” istifadəçiləri arasında yayılmağa başlayıb.

Xəbər lenti