Logo

DİN-dən Goranboyda qaçırıldığı iddia edilən 14 yaşlı məktəbli qızla bağlı AÇIQLAMA

13.04.2021 17:12 660 baxış
IMG

Sosial şəbəkələrdə Goranboyda 14 yaşlı qızın qaçırıldığına dair məlumatlar yayılıb.

 

Tehsil.biz Oxu.Az -a istinadən  xəbər verir ki, paylaşımlarda rayonun Goranlı kənd sakini 14 yaşlı qızın evlilik məqsədilə qaçırıldığı iddia edilir.

 

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Goranlı kəndində 14 yaşlı qızın qaçırılması barədə polisə müraciət daxil olub:

 

“Daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə yeniyetmə qızın yeri müəyyən edilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qızın qaçırılmasına dair iddialar əsassızdır. Belə ki, 14 yaşlı qız öz istədiyi ilə həmkəndlisinin yaşadığı evə gələrək ona evlərindən qaçdığını bildirib. Polis əməkdaşları yeniyetmə qızı ailəsinə təhvil verib. Hadisə barədə araşdırmalar davam etdirilir”.

Xəbər lenti