Logo

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

10.05.2024 20:13 150 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin tabeliyində olan 45 ümumi təhsil müəssisəsində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi davam edir.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, növbəti monitorinq Bakı şəhəri 75 və 300 nömrəli tam orta məktəblərdə keçirilib. Monitorinqin məqsədi metodistlərin fəaliyyətlərinin effektivliyinin ölçülməsi, onların bu prosesə yanaşmaları, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə metodistlərə metodiki dəstəyin göstərilməsi olub.

Qeyd edək ki, hazırda metodiki xidmətin təşkili üzrə metodistlərin fəaliyyətlərinin monitorinqi 45 ümumi təhsil müəssisəsinə daxil olan digər məktəblərdə də davam etdirilir.

Xəbər lenti