Logo

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

10.05.2024 14:34 129 baxış
IMG

Britaniyalı məşhur portretçi Uinston Çörçilin təsvir olunduğu rəsm əsərini hərraca çıxarır.

Tehsil.biz “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Pol Trevillyon Böyük Britaniyanın keçmiş Baş nazirinin portretini 1 milyon funt sterlinq dəyərində qiymətləndirib və onu hərraca çıxarıb.

1955-ci ildə çəkilən portretin üzərində Çörçilin avtoqrafı var. Hərrac iyul ayında keçiriləcək. Rəssam ümid edir ki, rəsm əsəri 1 milyon funt sterlinqə (təxminən 2 milyon 132 min manat) satılacaq, çünki portret 2017-ci ildə məhz bu məbləğdə sığorta olunub.

Trevilyonun rəsm əsərini hərraca çıxarmaq qərarı Çörçilin özünün bəyənmədiyi başqa bir portretinin satışını öyrənməsi ilə diktə edilmişdi. Parlamentdə asılan bu portretin orijinalı daha sonra məhv edilmişdi, hərraca isə onun eskizi çıxarılıb.

Xəbər lenti