Logo

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

10.05.2024 12:04 149 baxış
IMG

Bu gün Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Ulu Öndərin doğum günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyev” adlı virtual və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq linkindən istifadə edə bilər.

Ənənəvi kitab sərgisində isə Ulu Öndərin həyat yolundan, ictimai-siyasi fəaliyyətindən bəhs edən kitablar, fotoalbomlar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Xəbər lenti