Logo

“Heydər Əliyev nəşrlərdə” adlı kitab sərgisi təşkil edilib - FOTO

09.05.2024 16:20 152 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azİİ e-Kitab Evində Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Heydər Əliyev nəşrlərdə” adlı növbəti kitab sərgisi təşkil edilib.

Tehsil.biz xəbər verir ki, sərgidə Ümummilli Lider Heydər Əliyevin gördüyü nəhəng quruculuq işlərindən, ictimai-siyası, sosial, iqtisadi, elmi-mədəni sahələrdəki fəaliyyətindən, mənalı, zəngin və şərəfli həyat yolundan, xilaskarlıq missiyasından, eləcə də dövlətçiliyimiz tarixində müstəsna xidmətlərindən bəhs edən kitablar və digər nəşrlər nümayiş etdirilir.

Ümumilikdə 60 kitabın yer aldığı sərgi mayın ayının 15-dək fəaliyyət göstərəcək.

Xəbər lenti