Logo

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

08.05.2024 16:16 163 baxış
IMG

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri elan olunub.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, şagirdlər nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. 60 bal və daha yüksək nəticə göstərmiş məktəblilər olimpiadanın ikinci mərhələsində iştirak hüququ əldə ediblər. İkinci mərhələ mayın 25-də keçiriləcək.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Qeyd edək ki, olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.

Xəbər lenti